AR-191119789

“Mənə elə gəlir ki, başqaları məni olduğumdan daha yaxşı biri kimi görür… Mən o qədər də ağıllı deyiləm, sadəcə bəxtim gətirir” və ya “Sanki mən insanların düşüncələrinə təsir göstərirəm, mənim istədiyim şeyləri düşünürlər…”

Bu düşüncələr sizə tanışdırsa, yaxın əyləşin, bu məqalə sizin üçündür!

İmpostor (saxtakar) sindromu olaraq tanınan bu fenomen elmə ilk dəfə keçən əsrin 70-ci illərində Suzanna Imes və Pauline Rose tərəfindən gətirilib və ilk başlarda yüksək nailiyyətlər əldə etmiş qadınlara aid edilmişdir.

Qadınlarda bu sindromun formalaşmasında əsas səbəblər olaraq  ailədaxili münasibətlərin dinamikası və böyüdükcə rastlaşdıqları gender rolu stereotiplərinin təsiri əsas götürülürdü. (1)

İMPOSTOR SİNDROMU- Başqalarının səni olduğundan daha yaxşı biri kimi qavradığına inanmaqla özünü göstərən hal. Adətən, intellektual qabiliyyətlər və nailiyyətlərlə bağlı düşüncələrimizdə özünü göstərir. (2) 

Bu mövzuda YouTube videom:

Lakin sonradan müəyyən olundu ki, insanların 70%-i həyatlarında ən azı bir dəfə bu hissləri keçirir. Psixoloji xəstəlik və ya pozuntu hesab olunmasa da, impostor sindromu hər insanda olmur. (2)

Yaranma səbəblərindən əvvəl impostor sindromunun əlamətləri ilə tanış olaq:

  • Öz uğurlarını şəxsi keyfiyyətlərinlə deyil, bəxt və ya çox çalışmağınla əlaqələndirmək;
  • Yaxşı olmağının səbəbini çox çalışmaq olaraq gördüyün üçün başqalarının çox çalışmadan belə səndən daha yaxşı olduğuna inanmaq, özünü başqalarıyla müqayisə etmək;
  • Mükəmməlliyyətçilik ;
  • Nitqini əvvəlcədən hazırlanmış “ssenari”, özünü isə hər insanla başqa cür davranan “obraz” hesab etmək;
  • Hər an saxtakar olduğunun üstü açılacaqmış kimi hiss etmək;
  • “Mən burda olmağa layiq deyiləm” düşüncəsi;
  • Nailiyyətlər əldə etsən belə uğurunu daxilən hiss edə bilməmək, növbəti tapşırığa keçmək istəyi.

 

uploadAdətən, bu sindromdan əziyyət çəkən insanlar çox uğurlu, bacarıqlı, ətrafdakılar tərəfindən yüksək qiymətləndirilən olsalar da, özləri haqda təsəvvürləri çox aşağı səviyyədə olur.  Buna görə də qazandıqları nailiyyətlərdən asılı olmayaraq özlərini onlara layiq hiss edə bilmirlər.

imposter01.jpg

Yaranma səbəbləri:

  • Valideynlərinin gah tənqid etdiyi, gah da təriflədiyi uşaq olmaq;
  • Nailiyyətlərə yüksək önəm verən bir ailədə böyümək;
  • Yeni mühitə düşmək: məktəbə keçmək, universitetə qəbul olmaq, işə başlamaq və s.

what-is-imposter-syndrome

İmpostor sindromunu aşmağın yolları:

  • Öz hisslərin haqda açıq danış: “Mənə elə gəlir, bu təriflərə layiq deyiləm”, “Siz mənim sadəcə bu tərəfimi görürsüz, amma mən həm də filan cürəm”.
  • Diqqətini başqalarının üzərində cəmləşdir, “mənim haqda nə düşünürlər?” deyə düşünməkdənsə, söhbətə fokuslan. 
  • Mükəmməl olmağa çalışma, növbəti dəfə səhv edəndə icazə ver olsun. 
  • Özünü başqalarıyla müqayisə etmə. Başqalarının dəyərinin səninkinə dəxli yoxdur.
  • Özün haqda təsəvvürlərinə bax: əslində necə biri olduğunu düşünürsən? 
  • Qəbul görmək üçün mükəmməl olmaq şərtdir?
  • Koqnitiv-davranış terapiyası da bu mövzuda effektivdir.

Ümidvaram faydalı bir məqalə oldu! İstifadə etdiyim mənbələrdən impostor sindromu haqda ətraflı oxuya bilərsiz. Bəyəndizsə yazını paylaşaraq dəstək ola bilərsiz! 

Mənbələr: 

  1. The imposter phenomenon in high achieving women: Dynamics and therapeutic intervention.
  2. Imposter Syndrome and Social Anxiety Disorder Share Flip Email Search
  3. The Role of Social Influence in Anxiety and the Imposter Phenomenon

00000007