“İzləməli olduğunuz” biraz gurultulu səslənsə də, öyrəndiyiniz psixoloji nəzəriyyələri  müşahidə eləmək və analiz qabiliyyətinizi işə salmaq istəyirsizsə,  filmlər yaxşı məşq vəsaiti ola bilər! Bütün filmlər eyni elmi dəqiqlikdə olmasa da, çalışdım sizin üçün maksimum faydalı olacağına inandıqlarımı seçim!

Xoş seyirlər!

 

 1. GİRL, İNTERRUPTED.

Aklım-Karıştı-630x910

Biz şübhələr dövründə yaşayırıq, bir vaxtlar inandığımız hər şey yalan çıxır.

Film 60-cı illərdə, sosial-siyasi münaqişələrin kəskinləşməsi fonunda baş verir. Syuzan Keysen tənha, əzilmiş, ətrafındakı insanlar tərəfindən məyus edilmiş baş qəhrəmandır. Əgər insana uşaqlığından bəri valideynləri tərəfindən bütün bəlaların səbəbi olduğu təlqin edilərsə, o da şüursuz şəkildə özünü cəzalandırmağın yollarını axtaracaq…

2. GOOD WILL HUNTING.

Goodwillhunting1

Çox insan nə qədər möhtəşəm ola biləcəyindən xəbərsiz yaşayır. Onlara inanan müəllimləri olmur. Axmaq olduqlarından əmindirlər.

20 yaşlı Vill Hantinq riyaziyyat dahisidir, lakin əlverişsiz həyat şəraiti və keçmiş travmaları onun şəxsiyyət kimi inkişafına mane olur və uğursuzluqlarına görə özünü günahlandırmağına səbəb olur. İstedadını kəşf edən riyaziyyat müəllimi onunla şərt kəsir: Vill psixoterapiya seanslarında iştirak etməlidir. İlk vaxtlar güvənsizliklə başlayan görüşlər, daha sonra psixoterapevt və pasiyent arasında möhkəm bir dostluğa çevrilir. 

Filmi izləməzdən əvvəl psixoloji müdafiə mexanizmləri haqda ətraflı oxumağınızı tövsiyə edirəm. 

3. RAIN MAN

970536d3ce23e4bf55ab0c51ce4b0a188b8ebc89

Çarli özündənrazı, kobud və ərkəsöyün bir gəncdir. Uzun illərdir əlaqə saxlamadığı varlı atasının vəfatı xəbərilə illər əvvəl tərk etdiyi ata evinə son bir dəfə qayıtmalı olur.  Atasından ona qalan isə sadəcə köhnə bir maşın və bağçadakı sevimli gülləridir. Geridə qalan 3 milyon dollar isə varlığından xəbərsiz olduğu autistik qardaşının payına düşür. Bu xəbərə görə olduqca qəzəblənən Çarli psixiatriya klinikasındakı qardaşını qaçıraraq əsir götürmək qərarına gəlir… 

 

4. WE NEED TO TALK ABOUT KEVIN.

We-Need-to-Talk-About-Kevin-2010

Itirmək qorxusuyla bağlanmaqdan qaçmaq, həyatdan qaçmaq deməkdir.

Bir insan nə vaxt vicdanını itirir? Hansı yaşda, hansı şəraitdə? Ən çox diqqət çəkən psixopatologiyalardan biri olan psixopatiya haqda çəkilmiş ən yaxşı filmlərdən biridir. Ailənin təsiri, narsissizm, sevgi yoxsulluğu və digər vacib olan bütün mövzulara toxunulub. 

5. FİLTH

530ca8cff57b1424c8f55ecb2852676d

Biz olduğumuzdan daha yaxşı ola bilmədiyimiz üçün özümüzə nifrət edirik.

Bryus Robertson Edinburqda yaşayan, detektiv-inspektor vəzifəsinə yüksəlməyi arzulayan bir detektiv-çavuşdur. Yeraltı keçiddə qətlə yetirilmiş yaponiyalı bir tələbənin cinayət işini açmaq bu arzusunu reallaşdırmaqda ona kömək edə bilər. Lakin bu vakansiyanı əldə etmək istəyən digər rəqibləri də var . Beləcə, Bryus “maneələri” hər nə yolla olursa-olsun aradan qaldırmağa başlayır…

Filmi izləməzdən əvvəl bipolyar pozuntu haqda oxumağınızı məsləhət görürəm.

MƏNBƏLƏR 

  1. Girl interrupted (rus)
  2. WIKIPEDIA