tumblr_puadzgSlOw1qck43so1_1280

Niyə həyat fəlsəfəmiz həyatımızı korlayır? Bu yaxınlarda sevdiyim bloggerlərdən biri aşağıdakı hekayəsini paylaşdı:

“İlk övladım hələ uşaq ikən ailəmdən qopduğum üçün özümü təhsilimə vermişdim. Evdə tapılmırdım, uşağıma ancaq maddi dəstəklə kömək edirdim. Bu barədə vicdan əzabı çəkməmək üçünsə ona deyirdim “heç kimin heç kimə borcu yoxdur”.
Qızım böyüdü, ən yaxşı xəstəxanalarda müalicə alır ,bahalı xarici universitetdə oxuyur, orda yaşayırdı. 
İllər sonra qızımdan balaca bir mövzuda kömək istəyəndə isə soyuq “yox” ilə qarşılaşdım. Daha sonra bu “yox”lar üst-üstə yığıldıqda ona verdiyim “axı biz sənin üçün o qədər əziyyət çəkmişdik, qızım” sualı qarşılığında mənə çox tanış bir cavab gəldi: ” bu sənin seçimin idi , ana, heç kimin heç kimə borcu yoxdur”. ”

tumblr_p53sczdWfl1qgrualo1_400

Fəlsəfi bir dünyada yaşamırıq.

Fəlsəfənin elm yox, dünyagörüşü olduğunu hələ yeni öyrənmişəm. (Bu, sizin üçün də yenilikdirmi? Şərh bölməsində qeyd edin. )

quote-if-philosophy-is-practice-a-demand-to-know-the-manner-in-which-its-history-is-to-be-studied-is-karl-jaspers-93879
Bu faktı öyrənməyim məni çox rahatlaşdırdı. Çünki başdan bəri reallıqla fəlsəfi düşüncə arasında uyum görmürdüm.


İnsanlar arasında yazılmamış qanunlar var və , təəssüf ki, yetəri qədər mədəni inkişaf etməmiş bir cəmiyyətdə fəlsəfənizi cibinizə qoymalı olursuz.

ab94d980-c9ee-47c2-bc0d-cb853344960e

Nənəmə evliliyin keçmişdə qaldığını, toyun kapitalizmin bir oyunu olduğunu izah edə bilmərəm. Ya da anama dinin insanların ümid və qorxu hisləriylə oynayaraq manipulyasiya etdiyini də deyə bilmərəm, qardaşıma patriarxatdan və kişi eqosundan da danışa bilmərəm. Pəri bu yaxınlarda tvitterdə məndən soruşmuşdu “niyə insanlar bir-birinə yaxın dost, tanış statusu verməlidir?”

ac03552f3e7ebc24286048e5c5deccf3Axı üzük taxmaq, həyatını bir insana həsr etmək, monogam münasibətdə olmaq, yaşlandıqdan sonra valideynlərinə baxmaq da fəlsəfi xətkeşlə ölçsək, zəruri deyil. Amma bu, real həyatdakıların vecinə deyil.

tumblr_mpsdvzsFlX1so358xo1_400.gifTamamilə şəffaf insan yaratmaq mümkün deyil : heç kimin xətrinə dəyməyən, eqoist, acgöz, kaprizli, emosional davranmayan insan çətin tapılar. Onda hardan çıxdı bu “insanlar…belədir” ifadəsi? Başqasını qınamaqlar, özümüzü ağıllı saymaqlar?

 

Philosophical-Quotes-Tumblr-1

Hislərimizi içimizə salıb məntiqlə reaksiya verə bilmərik natural şəkildə, maksimum olaraq bir neçə texnikayla sakitləşməyi öyrənə bilərik.

Bəzən özümü incələyəndə fəlsəfi bir görüşə sahib olduğum yoxsa müdafiə mexanizmimi işə saldığımı anlamıram, bu isə sürpriz deyil. Bu yaxınlarda söhbət etdiyim bir psixoloqla danışığımız əsasında belə bir nəticəyə gəldik ki, müdafiə mexanizmləri hamımızda var və biz onlardan daim istifadə edirik. Hardan bilərik bizim həyat fəlsəfəmiz əslində müdafiə mexanizmimiz üçün seçdiyimiz addır?

 

perception_vs_reality

Natiqlik üzrə professor Sean Tiffee-nin “Mind the Gap Between Perception and Reality” adlı TedX çıxışının qısa məzmunu bu idi : reallıq və qavrayışımız arasında bir boşluq var. Biz reallığı birbaşa olduğu kimi görə bilmirik, nəticədə hər birimiz sadəcə subyektiv fikrə sahib ola bilərik.

Blind-Man-and-the-Elephant

Platonun mağarasının bir başqa versiyası “Korlar və fil” adlı qədim hind məsəlidir. 6 koru bir filin yanına gətirib onu təsvir etməklərini istəyirlər. Biri filin quyruğunu tutub deyir “o, ip kimidir!”, başqası gövdəsini tutub deyir “yox, o divar kimidir!”. Axırda bir gözü görən gəlib deyir “mən bilirəm fil necə görünür” , amma bu adam da kar olur, ona görə də filin səsindən xəbərsiz olur. Sean Tiffee deyir ki, biz ancaq subyektiv düşüncəmiz çərçivəsində düşünə bilərik və ortada  yeganə bir həqiqət yoxdur.

origin.jpgBəs onda nə edək? Bu yazıdan çıxaracağımız nəticə budur : Fəlsəfi düşüncə, idealogiya, dini baxış yaxşı bir şeydir, lakin qavrayış və reallıq arasında bir boşluq olduğunu unutmayaq, bu bizə başqalarına da empatiya göstərməyə kömək edəcək!