Bəzən həyatıma kənardan baxıb “mən niyə istədiyim kimi inkişaf edə bilmirəm?” , “görəsən, harda səhv edirəm?” deyirəm.
Həyatın əlverişli cəhətlərindən biri də odur ki, bizi narahat edən məsələ mütləq daha əvvəl kimisə düşündürmüş olur. Onlar da sağolsunlar, bizim üçün həll yollarını hazırlayıb qoyurlar.


Bu sağolmuşlardan biri də Robert Diltsdir. Onun 1995-ci ildə
hazırladığı neyro-məntiq səviyyələri piramidasi bizə həyatımızı analiz eləmək və onu daha üst səviyyəyə keçirməkdə kömək edir.

Dilts_Logical_Levels_of_Change_2017

Piramidanın əsas məğzi budur ki, hər mərtəbədə yaranan “niyə?” sualının cavabı bir üst mərtəbədəki sualın cavabında gizlidir. Beləcə, siz həyatınızda hansı nöqtədə səhv etdiyinizi aydın şəkildə görə biləcəksiz. Piramida 6 səviyyədən, yəni 6 sualdan ibarətdir.

 

Dilts-Pyramid-on-chalkboard

Piramidada yer alan amillər iyerarxik quruluşa malikdirlər və etdiyimiz dəyişiklər nə qədər yuxarı səviyyədə olsa,  bir o qədər geniş sahəyə : davranışımız, qabiliyyət və inanclarımıza təsir edəcək.  Piramidaya ilk növbədə aşağıdan yuxarı baxaraq suallara cavab vermək lazımdır, daha sonra istənilən mərtəbədə dəyişikləri planlamaq olar.

Hər səviyyəylə qısaca tanış olduqdan sonra, bu səviyyələri rahat açmağımıza yarayan suallara keçəcəyik.

  • Ətraf mühit ;
  • Davranış ;
  • Qabiliyyət ;
  • İnanc ;
  • Kimlik ;
  • Ruhi aləm (həyatın mənası).     

tumblr_mqkt03NtAD1sreen9o1_400

1. Sual : Mənim nəyim var? 
Burda söhbət  xarici aləmdə sahib olduqlarımızdan gedir. Geyimlərimizdən tut, ünsiyyətdə olduğumuz insanlara, maddi vəziyyətimiz kimi məsələlərə qədər hər şeyi əhatə edir.  İndi olduğun nöqtə haradır? Rahatsanmı? Necə insanlarla əhatə olunmusan? kimi köməkçi suallar vasitəsiylə bu səviyyəyə cavab vermək olar. Həyatımızın hansı sahəsində dəyişiklik istədiyimizi bu nöqtədə müəyyənləşdirməliyik. 

AoAeI.gif

 2. Sual : Mən nəyi dəyişməliyəm?  (və ya mən nə edirəm?)

Problemlər və çətinliklər barədə nə edirəm, istədiklərimə çatmaq üçün hansı addımları atıram? Tutaq ki, mənim nəyim var (və nəyim yoxdur) sualına cavab tapdız. Bu səviyyədəki sualın məğzi isə “mən nə etdim ki, bunları əldə etdim (və ya etmədim)?” olacaq. Bu nöqtədə bir gününüzü və ya son aylarınızı təsəvvürünüzdə canlandırın. Gördüyünüz işlərlə, əldə etdikləriniz arasında düz mütənasib əlaqə var.

original (3)3. Sual : Mən seçimlərimi necə edirəm?

Bu səviyyədə söhbət sizin bacarıqlarınızdan gedir. Tutaq ki, artıq hansı sahədə dəyişiklik etməli olduğumuza və bunu hansı addımlarla edəcəyimizə qərar verdik, bəs bu dəyişikləri necə edəcik? Bu nöqtədə bizdə olanla yanaşı, olmayan qabiliyyətləri də qeyd etməliyik, çünki istədiyimiz dəyişikliklər üçün bunlar bizdən tələb olunur. tenor (1)4. Sual : Mən nəyə inanıram?

Bu nöqtədə bizim dəyərlərimiz, inanclarımız sorğulanır.  İnsan öz daxilindəki prinsipləri pozduqda günahkarlıq hissi fiziki ağrı həddinə çatır. Bu zaman bu hissin bizə vermək istədiyi siqnal ” sən özünə xəyanət edirsən!” olur. Ona görə bu mərhələdə bizim üçün yaxşı və pisin, düzgün olanın nə olduğunu müəyyənləşdirməliyik. Görəsən, biz öz dəyərlərimizə görə hərəkət edirik?

UnfitHilariousHumpbackwhale-small.gif

5. Sual : Mən kiməm?

Az əvvəl dəyərlərimizdən danışdıq, bu mərtəbədəki əsas sual isə bu dəyərləri realda tətbiq etməyimizdir. Dəyərlər bizim davranışlarımıza və şəxsiyyətimizə təsir göstərir və daxili xəritəmiz rolunu oynayır. Kim olmağımız isə bu dəyərlər və inanclarla qurduğumuz əlaqədən asılıdır.

tumblr_pray1rtEoe1ujxws2o1_500.gif

6. Sual : Mənim məqsədim nədir?

Həyatda kimlərə və nəyə xidmət edirik? Nə üçün yaşayırıq? Bu sualların cavabı mürəkkəb olmalı deyil, əksinə çox sadə və sizə özəldir. Hər kəsin həyatda tapdığı məna fərdidir. Ola bilər siz onu tapmamısız, amma inanclarınız sizi o nöqtəyə gətirəcək.

 

tumblr_mz55ozrhVS1s98i6go6_400Mənbələr:

  1. The Logical Levels of Change
  2. The Dilts Pyramid Will Explain Why You Have What You Have Right Now
  3. ROBERT DİLTS’İN MANTIK SEVİYELERİNİN PİRAMİDİ.

 

 

Qeyd: Dostlar, əgər hələ bilmirdizsə deyim, youtube kanalımda blogumda bəhs etdiyim mövzular (və daha artığı) haqda videolar çəkirəm. Baş çəkmək istəsəz bura klikləyin.