an-overview-of-the-types-of-emotions-4163976-01-474bb455cfe74c3cb98ea46113e3108b

Keçən yazıda sizinlə emosiyalarımızın yaranması və onları ifadə etməyin zəruriliyi haqda danışmışdıq. Bu dəfə isə emosiya növlərindən və onları ifadə etmək yollarından danışacağıq.

Əsas kilid söz “ifadə etmək”dir. Əks halda sonlana bilməmiş reaksiyamız nəticəsində emosiyalarımız (onların enerjidən ibarət olduğunu nəzərə alsaq) içimizdə yığılıb qalır, yəni heç yerə yox olmur.

Emosiyaları ifadə etməyin 3 forması var:

  • Qeyri-verbal- mimika, intonasiya, jestlər ilə.
  • Verbal- sözlə.
  • Hərəkət ilə- nəsə etmək: vurmaq, nəyisə dağıtmaq, getmək, qucaqlamaq və s.2q6g

Biz bunları niyə qruplara ayırdıq? Çünki müxtəlif emosiyalar üçün fərqli reaksiyalar məqsədəuyğundur. Emosiyalarımızı ifadə etmədikdə biz ətrafdakılara öz vəziyyətimiz haqda məlumat ötürmədikcə , əslində, emosiyalarımızı gizlətmiş oluruq. Bu da o deməkdir ki, başqalarının bizi anlamaq ehtimalı daha aşağı düşür.  Emosiyalarını dolğun və natural şəkildə ifadə edən insanlar ekstra emosional hesab olunmurlar, lakin onları heç ifadə etməyən insanlar şizoid tip hesab olunurlar.

İyirminci əsrdə Paul Ekman tərəfindən 6 baza emosiya qruplaşdırılır : qəzəb, ikrah, qorxu, xoşbəxtlik, kədər və təəccüb. Robert Plutchik  isə səkkiz emosiyanı iki-iki polyar cütlüklərə ayıraraq 4 qrupa bölür:  sevinc-kədər, qəzəb-qorxu, güvən-inamsızlıq, təəccüb-gözlənti.

plutchik's wheel.png
1980-ci ildə Robert Plutchik tərəfindən hazırlanmış emosiya diaqramı.

Emosiya siqnaldır, o bizə xarici aləm və özümüz haqda məlumat verir. Əgər o olmasaydı, başqalarını anlamaq da, özümüzü izah etmək də mümkünsüz olardı. Bu zaman da empatiya deyə bir şey qalmazdı. Gerisini özünüz təsəvvür edin…

İnsanlar arasında ən geniş yayılmış emosiya qəzəbdir. Adətən, şəxsi zonamız pozulduqda qəzəb duyuruq. Qəzəblə bərabər narazıçılıq, aqressiya kimi hislər də gəlir. Bu zaman ən yaxşı ifadə yolu qeyri-verballa bərabər verbal, yəni sözlərlə qəzəbimizi giphy (2)ifadə etməkdir. Qeyri-verbal olaraq bədən dilimizlə, ciddi, soyuq duruş, sərt baxışlar ilə özümüzü ifadə etsək, qarşıdakı bizim qəzəbimizi daha yaxşı anlayacaq və azca da olsa qorxub çəkinəcək. Bu zaman həddindən artıq qorxutmaq daha sonra qarşıdakının sizə gizlincə nifrət etməsiylə, bədən dilindən istifadə etməmək isə onun sizi ciddiyə almaması ilə də nəticələnəcək. Ona görə də, çalışın qızıl ortada özünüzü ifadə etməkdən çəkinməyin.

giphy (4)

   Verbal yolla isə, konkret faktlarla, xüsusilə , özünüzün hisləriniz barədə danışmağınız məqsədəuyğundur. “Sən vicdansızsan!” yerinə “mən məyusam” deyə bilərsiz. Beləcə, qarşıdakını ittiham və təhqir etmədən hislərinizi ifadə etmiş olacaqsız. Əks halda sizin sözləriniz də onları alçaltdıqdan sonra nə hiss etdiyinizlə  hesablaşmaq yerinə özlərini müdafiəyə  keçəcəklər. Nümunə: “Sən necə belə vicdansız davrana bildin?” yerinə “bu hərəkətinə görə mən özümü təhqir olunmuş hiss elədim”. “Sən səhvsən” yerinə “mən sənlə razı deyiləm” və s.

giphy (3)İkrah hissini isə nə verbal, nə də qeyri-verbal yolla yox, birbaşa hərəkətlə- yəni ikrah obyektindən uzaqlaşmaqla-ifadə etmək lazımdır. Sevmədiyiniz mühit, insan, iş, məkan, hər nə olursa olsun, bu hissi sizdə oyadan şeylərdən imtina etmək ən yaxşı seçimdir.

tumblr_n742auwDZP1smcbm7o1_500Qəribə də olsa, biz insanların xoş hisləri ifadə etmək barədə də problemləri var. Sevgi, ümid, həyəcan kimi hisləri niyə gizlədirik, görəsən? Sevgilinə 1-2 artıq xoş cümlə demirsən ki, “ayağı yel almasın” və ya övladını çox tərifləmirsən ki, “ərkəsöyün olmasın”.İşin ironiyası ondadır ki, əksinə, həyatda bizə xoş təsir edən şeylər bizdə bağlılıq yaradır. Yəni, o deyəcəyin təriflər sevgilinin özgüvənini biraz artıracaq, onda o da sənin yanında özünü daha xoşbəxt hiss edəcək! 

Günahkarlıq hissini ifadə etməyin ən yaxşı yolu isə verbal şəkildə üzr istəmək və səhvini boynuna almaqdır. Bəzən bu hiss bizi lazımından artıq əziyyətə salır. Kiminsə könlünü almaq üçün dəridən qabıqdan çıxır, gözünə girməyə çalışırıq. Əslindəysə bu tamamilə yersizdir. Dürüst bir üzr kifayətdir.

Bugünlük bu qədər, ən geniş yayılmış və ifadəsi maraqlı olan emosiyalar haqqında danışdım. Sizə hansı emosiyalar daha maraqlıdır? Ali hislər haqda oxumaq istəyərdizmi? Növbəti postda görüşənədək, hələlik!

Kiçik bir xatırlatma: bu blogda psixologiyadan əlavə film məsləhətləri də tapa bilərsiz. Sevimli bir film haqda yazımı oxumaq üçün bura daxil ola bilərsiz.

20 2