thumbnail-T-CWE

Emosiyalar, nəyə lazımdır onlar? Necə yaranırlar, nəyə təsir edirlər, mənaları, funksiyaları və s. Bugün sizinlə emosiyalarımız və onlarla başa çıxmaq haqda danışacıq.

4be125eb585d3d3abf93f5a0bd01dc1f

 

Bu yaxınlarda bir nəfər söhbət əsnasında “emosiyalar kaş ki olmazdı” dedi. Yəqin ki, sizin də ağlınızdan bəzən belə fikirlər keçir: “kaş bu qədər üzülməzdim” ya da “kaş belə sevinməzdim”. Bu tip düşüncələrə düşməyimizin səbəbi emosiyalarımızla nə edəcəyimizi bilməməyimizdir.

 

Biz bilirik ki, insan daim xarici aləmdən siqnallar alır və bu siqnallar 5 duyğu üzvü  tərəfindən toplanır, sinirlər vasitəsilə beyinə ötürülür, beynimizdə bu informasiyalar emal olunduqdan sonra müəyyən “cavab reaksiyası” hazırlanıb geri, bədənə göndərilir. Xaricdən gələn siqnallar  beynimizdə emosiyaların da yaranmasına səbəb olur. Deməli, emosiyalar bizim xarici aləmdə baş verən hər hansısa obyektə və ya hadisəyə cavab reaksiyamızdır. Bu da o deməkdir ki, emosiyalar səbəbsiz deyil və bizim üçün müəyyən siqnal funksiyasını yerinə yetirir.

 

Təkamül prosesində emosiyalar canlıların( insanlar və heyvanların) öz vəziyyətlərini və CWSIxarici aləmdən gələn təsirlərin bioloji əhəmiyyətini müəyyən etmək tələbatıyla bağlı olub. Yəni, emosiyalar insan növünün təcrübələrinə əsaslanır. Biz həmin təcrübələrə istinad edərək hərəkətə keçirik, məsələn, təhlükədən uzaqlaşmaq, nəsli davam etdirmək və s. Təkamüldən əlavə, emosiyalarımız həm də fərdi təcrübələrimizə də əsaslanır. Buna görə də bir hadisə birində göz yaşı oyatdığı halda, digəri üçün önəmsiz qala bilir.

Emosiyaların birinci funksiyası xarici aləmə qarşı müəyyən münasibət yaratmaqdır.

fe243d11d67aebe26de076d750f45633

tumblr_o5rs6t954N1umpjldo1_400İkinci funksiyası isə digər insanlara öz vəziyyətimiz haqda informasiya ötürməkdir. Təsəvvür edin, sizin həmsöhbətiniz ifadəsiz bir üzlə “mən səni sevirəm” deyir,eyni zamanda, onun intonasiyasında da heç bir yumşaqlıq hiss olunmur. Bu cür danışığa inanmaq ehtimalımız nə qədərdir? Bəs niyə?

Belə ki, qarşıdakı insan öz emosiyalarını ifadə edəndə, biz onun davranışını, danışığını beynimizdə güzgüləyirik, yəni yamsılayırıq, beləcə minimum səviyyədə onunla eyni şeyi hiss edirik, buna empatiya deyilir. Buna görə də, yaxın olduğumuz insanların ruh halı bizə çox tez sıçraya bilir və  ya əsəbi biri sənə qışqırmağa başlayanda sən də əsəbləşməyə başlayırsan və s.

tumblr_ldv8jzmyhn1qc7j5lo1_500

Emosiyaları ifadə eləmək barədə çoxumuz problemliyik. Bəziləri onu basdırmağa çalışır, bəziləri əksinə, axınına buraxır, öz emosiyalarına qapılır. Hər iki hal insanları qorxudub qaçırtmaqla nəticələnir. Bəs emosiyalarımızı idarə etmək mümkündürmü? Xeyir, emosiyalar şüuraltından çıxır, biz o an necə hiss edəcəyimizə qərar verə bilmərik, əgər üzüldüyün anda “yox, yox, hər şey yaxşıdır, mən yaxşıyam” deyirsənsə, bu idarəetmə deyil, basdırmaqdır.tumblr_nfd38eW3Rv1tmz3puo1_400

Əgər basdırsaq, bu, daha sonra yığılıb qalmış emosiyaların partlayışına gətirib çıxaracaq. Daha betər halda isə psixosomatika ilə nəticələnəcək. Belə ki, başqa psixi hadisələr kimi, hislər də beynimizin məhsuludur. Beynimizin qabıqaltı və qabıq sahəsində baş verən sinir prosesləri bu işdə mühüm rol oynayır.Bu sahələr ürəyin, tənəffüsün, həzm orqanlarının, daxili ifrazat vəzilərinin işinə təsir göstərir. Buna görə də, müəyyən hissin əmələ gəlməsi həmin üzvlərin də fəaliyyətinə təsir göstərir. Nəticədə uzun müddət dərdini içində daşıyan bir adamın ürək tutmasından ölməyi gözlənilən haldır. Xüsusilə də belə adamlar həkimə getdikdə heç bir diaqnoz qoyula bilməməsi problemiylə üzləşirlər.

 

Deməli, edə biləcəyimiz tək şey, emosiyaları anlamaq və necə davranacağımızı idarə etməkdir. Ən əsası isə, hər nə olursa olsun, emosiyaları yaşamaqdır (bu tualetə qapanıb unitazı təpikləmək, otaqda qışqıra-qışqıra deyinmək olsa belə!).tumblr_mke4p7IyN11qcchn7o1_250

Bu psixikanın qızıl qanunudur, yaşanmayan hər şey təkrarlanır.

Davranışımızı situasiyaya uyğun tənzimləyə bilərik, lakin ilk növbədə özümüzə bu hisləri yaşamaq imkanı verməliyik. Yuxarıda da qeyd etdiyim kimi, beynimiz köhnə təcrübələrə əsaslanaraq tənbəl şəkildə bizə davranış şablonları tullayır.

 

 

 

Bugünlük bu qədər bəsdir, çox uzun yazmaq istəmədim. Tezliklə hansı emosiyalar var və  emosiyalarımızı ifadə etməyin yolları haqqında ayrıca post yazacam. Hələlik!

giphy