Təsəvvür edirəm ki, siz indi telefonunuzun , kompüterinizin ekranının qarşısında böyük maraqla əyləşib google axtarış motorunda “nəsə öyrənəbiləcəyim filmlər”, “dünyagörüşünü artıran filmlər”, “fərqli mövzulu filmlər” kilid sözlərini yazarkən düşünürsüz :  “ah bezmişəm bu dırş-dırşlı, macəralı , ağlamalı filmlərdən, biraz intellektual filmlər izləmək istəyirəm, amma elə olsun ki, sıxıcı da olmasın, həm drama olsun, həm də biraz güldürsün, nəsə öyrətsin, düşündürsün, obrazları qəşəng olsun, simpatiya yaratsın, hmm, bir də ki, adı da cəlbedici olsun…”

Onda sizə belə bir yaxşı xəbərim var, an etibarilə axtardığınız həmin filmdən danışacağıq! Haha, filmi o qədər təriflədim ki, çoxları şərhi oxumağı burda kəsib birbaşa izləməyə  getmiş ola bilər!

20th-century-women-movie-poster-2017-1020777015

Rejissor və ssenaristi Mayk Mills olan, baş rollarda Anet Beninq, El Fanninq, Qreta Qerviq, Lukas Zumann, Billi Krudap kimi məşhurların rol aldığı, 2016-cı ildə ekranlarda yayımlanmış “20th  century women” (20-ci əsr qadınları) filminin Imdb balı 7.4/10-dur.

20th-century-women-cast.w700.h467

Hadisələr 1979-cı ildə Santa Barbarada baş verir. Ceymi öyrənməyə hazır, hər şeylə maraqlanan, macəra axtaran 15 yaşlı bir yeniyetmədir. Valideynləri o hələ uşaq ikən boşanır və anası Doroti Ceymini təkbaşına böyütməli olur. Onların evində iki nəfər kirayəçi yaşayır, onlardan biri Ebbi  pank musiqi həvəskarı, fotoqraf qadındır. Digəri isə  mexanik və dülgər Vilyam . Gecələr  pəncərədən Ceyminin otağına  onun uşaqlıq dostu və platonik sevgisi olan Culi gəlir və onlar birlikdə söhbət edir, yuxuya gedirlər.

20 th 5

Doroti yeniyetmə oğluyla dil tapmağa , onu başa düşməyə, kim olduğunu anlamağa çalışır, lakin bu çətindir, buna görə də Ebbi və Culidən ona kömək etməklərini xahiş edir. Bu səhnə özlüyündə çox maraqlıdır. Masa arxasında əyləşmiş Doroti qızlardan oğlunu tərbiyə etmək barədə kömək etməklərini istəyəndə, buna qarşılıq olaraq, Culi deyir “sizə kişi yetişdirmək üçün başqa bir kişi lazım deyilmi?”, bu suala ana təəccüblənərək “yox” deyə cavab verir. (bu səhnədə gülmüşdüm) Daha sonra Ceymi anasının bu addımını onun  Böyük Depressiya illərində (1929-1933) doğulmasıyla , o vaxtlarda uşaqların tərbiyəsində hamılıqla iştirak edildiyiylə əlaqələndirərək açıqlayır.

20 2

Filmdə Amerika tarixiylə bağlı addımbaşı göndərmələr var. Qəhrəmanların doğulub böyüdükləri dövr haqda xatirələrdən danışılanda sizi həm də o dövrün ən vacib tarixi hadisələrilə də tanış edirlər.

20 3

Filmdəki rəng seçimləri pozitiv enerji verir, arxa fondakı musiqilər (əsasən pank) diqqətimi çəkdi (bir neçə yeni mahnı da kəşf etdim), adı çəkilən hadisələr, çoxlarının çəkinərək danışdığı mövzulardan açıq və  cəsarətlə danışılması çox xoşuma gəldi. Diqqət çəkən  səhnələrdən biri də “nəfəs oyunu” olan hissə idi. Öz uşaqlığımda mən də bu  təhlükəli oyunu oynamışdım. Belə ki, bir nəfər yerə çömələrək sürətlə və dərindən nəfəs alır, 15-20 saniyə sonra digəri onu arxadan qucaqlayıb diafraqmasından möhkəm sıxaraq yuxarı qaldırır, bununla da onun şüuru qapanır, bir neçə saniyə sonraysa özünə gəlir, lakin  bəzi hallarda bu oyun ölümlə də nəticələnə bilir .

20

Filmdə toxunulan mövzulara seksuallıq və feminizm də  daxildir. Masa arxasında əyləşən hərkəsin “menustrasiya” sözünü çəkinmədən, yüksək səslə deməsini xahiş edən Ebbi, öz cinsi təcrübələrindən danışan Culi obrazları çox maraqlı və orijinaldır.  Özünüzçün yeni bir şeylər öyrənəcəyinizə söz verə bilərəm.

20 420 th 6

MƏNBƏLƏR : Nəfəs oyunu haqda ,

Filmdə adı keçən kitablar

Vikipedia